Sevinc Babayeva ürək-damar xəstəliyindən ölüb

 Sevinc Babayeva ürək-damar xəstəliyindən ölüb
  14 May 2013    Oxunub:1350
İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatıb
Bakı şəhər prokurorluğunda Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci, Sevinc Babayevanın isə həmin məcəllənin 178.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq edilən cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyə Respublikasına ezam olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, S.Babayevanın “Medicana International İstanbul Hospital” xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.

Ekspertiza təhqiqatları nəticəsində S.Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı bir xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub. Bu barədə İstanbul Büyükçekmece Baş Prokururu Fuad Arın tərəfindən “Olaylar” İnformasiya agentliyinə müvafiq açıqlama verilib.

Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, nümayəndəmiz ezamiyyətdən qayıtdıqdan sonra zərurət yaranarsa ictimaiyyətə əlavə məlumat veriləcək.







Teqlər:  





Xəbər lenti