Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq

Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq
  16 May 2013    Oxunub:1335
Ermənistan–Rusiya Qaz sənaye şirkəti "Armrosqazprom" istehlakçılar üçün təbii qazın qiymətini 64% artırılmasını təklif edir.
Ermənistan–Rusiya Qaz sənaye şirkəti "Armrosqazprom" istehlakçılar üçün təbii qazın qiymətini 64% artırmaq təklifi ilə Ermənistanın İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyasına müraciət edib.

Şirkətin təklifi qəbul olunarsa, qazın qiyməti 221 min dramadədək artacaq. Hazırda bu rəqəm 1000 kubmetr üçün 132 min drama (318 dollar) bərabərdir.

"Armrosqazprom" qaz təchizatı da xidmətlərinin qiymətlərini artırmaq istəyir.

Şirkətin Ermənistan ofisi tariflərin yenidən nəzərdən keçiriləcəyini bildirir və bu addımını Rusiyadan idxal edilən təbii qazın qiymətinin qalxması ilə izah edir.

Bu arada, Ermənistanda qazın bahalanmasına qarşı etiraz edənlər Facebook sosial şəbəkəsində aksiya çağırışı ilə çıxış ediblər.

Qazın qiymətinin 64% artmasının təbii qazdan istifadə edən təxminən 640 min erməni ailəsinin onsuz da ağır olan sosial vəziyyətinə mənfi təsir edəcəyi bildirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti