Lavrov: “Səsvermə qalmaqalı cavabsız qalmayacaq”

Lavrov: “Səsvermə qalmaqalı cavabsız qalmayacaq”
  21 May 2013    Oxunub:1444
”Eurovision 2013” mahnı müsabiqəsində təmsilçimiz Dina Qaripovanın səslərinin yoxa çıxması ilə bağlı insident cavabsız qalmayacaq”.

AzVision.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün nəticələrinə həsr olunan brifinqdə deyib. O, bildirib ki, bu oğurluq xoşagəlməz haldır və bizi narahat edir.

Lavrovun sözlərinə görə, bu gün Məmmədyarovla görüş zamanı biz qərara aldıq ki, Azərbaycanın ictimai kanalı hüquqi yollarla məsələyə aydınlıq gətirdikdən sonra biz bu xoşagəlməz aksiyanın cavabsız qalmaması üçün çalışacağıq.

“Rusiya təmsilçisinə xeylli adam səs verib. Bu, həqiqətən xəfiyyə əhvalatına bənzəyir. Ancaq hazırda İctimai televiziya səslərin hara yoxa çıxmasını aydınlaşdırmağa çalışır”-deyə Elmar Məmmədyarov bildirib.


Teqlər:  





Xəbər lenti