İlham Əliyev İspaniyanın müdafiə nazirini qəbul edib

İlham Əliyev İspaniyanın müdafiə nazirini qəbul edib
  21 May 2013    Oxunub:1174
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edərək bu cür səfərləri intensiv şəkildə həyata keçirməyin vacibliyini bildirdi.

Prezident İlham Əliyev İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin ölkəmizə səfərinin hərbi əməkdaşlığın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulate paytaxtımızda böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. İspaniyalı nazir Azərbaycana səfərinin əlaqələrimizin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.


Teqlər:





Xəbər lenti