Prezident Türkiyənin təhsil nazirini qəbul edib

Prezident Türkiyənin təhsil nazirini qəbul edib
  21 May 2013    Oxunub:1154
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulandı.

Qəti əminlik ifadə olundu ki, ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcəkdir.

Görüşdə Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.


Teqlər:





Xəbər lenti