“Bizə Hindistan, Braziliya serialları lazım deyil”

“Bizə Hindistan, Braziliya serialları lazım deyil”
  21 May 2013    Oxunub:1553
AzVision.az xəbər verir ki, bu sözləri bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli fəaliyyət göstərən prodakşnlarla görüş zamanı deyib. O, bildirib ki, əsas narahatlıq doğuran məsələ vəsaitin xərclənməsidir.

“Bizi vəsaitin xərclənməsi narahat edir. Bəziləri elə bilir ki, pulu aacaq, kinonu çəkib gətirəcək və bununlada bitdi. Yox belə deyil. Biz dünya standartlarına uyğun işləyəcəyik. Bizə Hindistan, Braziliya və s. ölkələrin serialı lazım deyil. Buyurun kim istəyirsə, özünü göstərsin. Dünyada və Azərbaycanda serialın süjet xətti birdir, bir nəfər biznesmenin həyatından bəhs edir bütün ssenarilər. Orta məktəbi güc-bəla ilə qurtaranlar hansı işi ortaya qoya bilərki? Biz bu işdə yalnız yaxşıların olmasını istəyirik. Dövlət öhdəsinə götürmür ki, hər il pul ayıracaq. Güclü prodakşnlar olmalıdır ki, gələcəkdə vəsait olmayanda bu işi görə bilsin”.
“Ultra “Prodakşnın rəhbəri Pərviz Məmmədov MTRŞ sədrinin sözlərinə belə cavab verib: “Mümkündürsə, bu məbləğin müəyyən faizini onların təhsilinə yönəldək. Əgər bizim şirkətə pul ayrılsa xaricdən rejissor gətirə bilərik. Məbləğin müəyyən hissəsi ilə xaricə təhsil almaq üçün işıqçı, operator, rejissor və s. göndərmək lazımdır.. Məncə ideyaları fərqli olan prodakşnları birləşdirib, yaxşı iş görmək olar”.

Anar


Teqlər:  





Xəbər lenti