Xalidə Xalid Təbrizdəki konsulluqdadır

Xalidə Xalid Təbrizdəki konsulluqdadır
  21 May 2013    Oxunub:1272
”Xalidə Xalid ya bu gün ya da sabah geri dönəcək ”.
İranda həbsdən buraxılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Təbrizdə, Azərbaycan konsulluğundadırlar. Məlumatı “Media forum”a İranda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Cavanşir Paşazadə verib: “Xalidə Xalidin viza müddəti bitdiyi üçün müəyyən sənədləşmə işləri aparılır. Bu məsələlər həll olunan kimi Azərbaycana dönəcək.Nümayəndə heyəti mayın 21-də axşam Azərbaycana qayıdacaq. Xalidə Xalid isə ola bilər bu gün, ola bilər sabah geri dönəcək ”.





Teqlər:  





Xəbər lenti