“Uşağın cinsini demək qanunla qadağan oluna bilər”

 “Uşağın cinsini demək qanunla qadağan oluna bilər”
  22 May 2013    Oxunub:1580
Baş pediatr: “Cinsin oğlan və ya qız olması təbii yolla müəyyən edilməlidir”
“Son zamanlar oğlan uşaqlarının sayının artması bizi qane etmir, bu xoşagəlməz haldır”. Bu sözləri AzVision.az-a açıqlamasında Respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. Onun sözlərinə görə, təbiətin öz qanuna uyğunluqları var.

“Biz hesab edirik ki, ailədə oğlan çox olanda daha yaxşıdır. Ona görə də dölün təyin olunması, onun idarə olunması uşaqların cins tərkibinə təsir göstərir. Son on ildə oğlan uşaqlarının çoxalması qız uşaqlarına meyilliyin artmasına səbəb oluyb. Bununla da bağlı tədbirlər görülür”.

N.Quliyev bildirib ki, gələcəkdə dölün, cinsin təyin olunması ilə bağlı qanun qəbul edilməsi mümkündür. “Ola bilsin ki, bu qanunla tənzimlənsin qadağan edilsin. Hamiləlik planlı olmalı, cinsin oğlan və ya qız olması təbii yolla müəyyən edilməlidir. Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub. Balansın pozulmaması üçün qanun çərçivəsində müəyyən tədbirlər görülməlidir”-deyə baş pediatr qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti