Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirini qəbul edib

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər nazirini qəbul edib
  22 May 2013    Oxunub:1335
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
AzVision.az-ın FHN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Kəmaləddin Heydərov Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışıb.

Nazir, həmçinin, respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Qonaq, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkə arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikasının Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin azaldılması, məhdudlaşdırılması və qarşısının alınması sahələri üzrə əməkdaşlığa dair Saziş” layihəsi də müzakirə edilib.

Görüşün sonunda nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olmuş və mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.


Teqlər:  





Xəbər lenti