İnsan haqları və söz azadlığı məsələsi müzakirə edilib

İnsan haqları və söz azadlığı məsələsi müzakirə edilib
  22 May 2013    Oxunub:1260
Bu gün “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda tədbir keçirilib.
AzVision .az xəbər verir ki, tədbirin əsas məqsədi insan hüquqları təmin olunması məsələsi üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti strukturlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək, eləcə də söz azadlığı sahəsində qanunvericiliyin inkişafı ilə bağlı diskussiyaların aparılmasıdır.

Tədbirdə Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev , Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Azərbaycan hüquqşünasları konfederasiyasının idarə heyətinin sədri, millət vəkili Əli Hüseynli, Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib.

Millət vəkili Əlİ Hüseynli öz çıxışında tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, diffamasiya haqqında qanunun müzakirəsi əvvəllər də gündəmdə olub, bu gün isə daha aktual xarakter alıb.

“Hesab edirəm ki, belə bir qanunu müzakirəyə çıxarmaqla doğru qərara qəbul edirik”- deyə Əli Hüseynli qeyd edib.

Mətbuat şurası yaranan gündən diffamasiya haqqında məsələyə prioritet mövzu kimi yanaşıldığını deyən Əflatun Amaşov 2013-cü ilin diffamasiya ili elan edildiyini xatırladıb.

Şura sədri, diffamasiya haqqında qanun layihəsi ilə bağlı ATƏT-lə Mətbuat Şurasının hazırladığı layihənin də gündəmə gələcəyini bildirib.

Millət vəkili Əli Hüseynli isə bildirib ki, diffamasiya haqqında qanunun inkişaf etməməsində media günahkardır.

“Bu məsələ müzakirəyə çıxarılanda, hüquqi mövqeyi məlum idi. Qanun müzakirəsi vacibdir. Bu zaman qanunun qəbulu ilə bağlı 147-148-ci maddələr də nəzərə alınmalıdır. Avropa ölkələrinin əksəriyyətində diffamasiya haqqında qaəbul edilən qanunda sözügedən maddələr nəzərə alınıb. Müdafiə haqqında qanunun da qəbul edilməsi də vacibdir. Söz və ifadə azadlığının xoş niyyətini əlimizə rəhbər tutsaq, diffamasiya haqqında qanunun rəsmi müzakirəsinə keçə bilərik.

Düşünürəm ki, bununla bağlı yaxın gələcəkdə Milli Məclisdə müvafiq tədbirlər görüləcək”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti