Türkiyənin təhsil naziri: “Aldadıla bilərsiniz”

Türkiyənin təhsil naziri: “Aldadıla bilərsiniz”
  22 May 2013    Oxunub:1375
“Bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən tələbələrə çox da düzgün olmayan məlumatlar verirlər”
AzVision.az xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Nəbi Avcı təhsil naziri Mikayıl Cabbarovla keçirdiyi birgə mətbuat konfransında deyib. O vurğulayıb ki, bəzi mövcud olmayan universitet ixtisasları üçün tələbələrə yalançı vədlər verirlər.

“Azərbaycandan Türkiyəyə gəlmək istəyən tələbələr Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edəcəkləri təqdirdə ziyan görməyəcək” deyə nazir qeyd edib.

N.Avçı bildirib ki, fəaliyyəti bəlli olmayan vasitəçi qurumlara etibar edilməməlidir.

“Türkiyədəki universitetlərə qəbul məqsədilə internetlə müraciət artıq mümkün olduğu üçün ya birbaşa onların özlərinə, ya da Türkiyənin Azərbaycandakı Səfirliyinə müraciət etməklə daha etibarlı məlumatlar ala bilərlər”.

Türkiyəli nazir onu da vurğulayıb ki, Türkiyə Azərbaycandan adıçəkilən ölkəyə oxumağa gələn azərbaycanlı gənclərin burada hər hansı bir problemlə üzləşməsini istəmir.

“Bunun üçün azərbaycanlı gənclərin Türkiyəyə oxumağa ən yaxşı və etibarlı yollarla gəlmələrini arzulayırıq. Azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almalarından çox şadıq”.

Anar


Teqlər:  





Xəbər lenti