Əflatun Amaşov: “Özünə hörmət edən jurnalist...

Əflatun Amaşov:  “Özünə hörmət edən jurnalist...
  22 May 2013    Oxunub:1025
“Jurnalistlərə mənzillərin verilməsi ideyası Mətbuat Şurası tərəfindən irəli sürülüb. Prezident İlham Əliyevlə görüşdə bu məsələ müzakirə olunub və müvafiq sərəncam verilib. Jurnalistlərə evlərin tikilməsi üçün 5 milyon manat ayrılıb”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, dünyanın heç bir yerində jurnalistlərə bu cür bina tikilmir və onların mənzillə bağlı problemləri bu sayaq həll olunmur.

Şura sədri, jurnalistlərin ev ilə təminatından sonra asılılığı məsələsinə gəlincə, bunun insanın fərdi keyfiyyətləri ilə əlaqələndirib:

“Əgər insanın fikri tez-tez dəyişirsə, bu insan hər yerdə belə olacaq. Ancaq mənə elə gəlir ki, özünə hörmət edən, mətbuat azadlığının cəmiyyətdə rolunu anlayan insan fikrindən daşınmaz”.

Ə. Amaşov onu da əlavə edib ki, tikinti başa çatdırılsa, jurnalistlərə mənzillər mətbuat günü təqdim olunacaq.


Teqlər:  





Xəbər lenti