Vərəmli məhkumlara baş çəkdilər

Vərəmli məhkumlara baş çəkdilər
  22 May 2013    Oxunub:1607
Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin ixtisaslaşdırılmış müalicə müəssisəsinə (vərəmli məhkumlar üçün) başçəkmə həyata keçiriblər.

MPQ-nin üzvləri müəssisənin stasionar və ambulator şöbələrinə, təcridxanaya baxış keçirib, burada saxlanılan bir çox məhkumla görüşüb, saxlanılma şəraitini araşdırıblar. Həmin şəxslərdən şikayət daxil olmayıb.
Məhkumların müalicəsi üçün müəssisə ən müasir avadanlıqla təmin edilib ki, nəticədə sağalma faizi xeyli yüksəlib.

Yekunda müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.


Teqlər:  





Xəbər lenti