Azərbaycanda ana olmağın qiyməti - ARAŞDIRMA

Azərbaycanda ana olmağın qiyməti - ARAŞDIRMA
  01 Aprel 2015    Oxunub:47476
Azərbaycanda ana olmaq neçəyə başa gəlir? Manatın dollara nisbətən ucuzlaşmasından sonra bu sualın cavabı da dəyişib. Belə ki, bəzi özəl klinikalarda apardığımız araşdırmalarımız zamanı məlum olub ki, doğuşun qiymətləri bir qədər bahalaşıb.

Ümumilikdə özəl tibb müəssisələrində ana olmaq üçün orta hesabla 800-1800 manat pul tələb olunur.

“Vital” cərrahiyyə mərkəzində normal doğuşun qiyməti 650 manatdır. Qeysəriyyə yolu ilə doğuşun qiyməti isə 950 manatdır.

“HB Güvən” klinikasında təbii yolla doğuş prossesi aparılmır. Qeysəriyyə yolu ilə doğuşun qiyməti isə 1750 manatdır. Doğuşu Türkiyədən gələn həkimlər aparır.

“Leyla Şıxliniskaya” klinikasında isə Novruz bayramı münasibəti ilə güzəştlər təqdim olunub. Müayinə və həkim qəbulu üçün ayrı ödəniş haqqı tələb olunur. Təbii yolla doğuşun qiyməti 1000 manatdır.

Qeysəriyyə yolu ilə doğuşun qiyməti isə 1200 manadır.

“Mərkəzi Kilinika”da isə doğuş qiymətləri həkimlərdən aslı olaraq dəyişir. Belə ki, Mahirə və Ramin həkimin (Mahirə həkim Qnikoloji şöbənin müdiridir. Ramin həkim isə uzman doktordur-red) doğuş qiymətləri digərlərindən fərqlənir. Onların doğuş qiymətləri 1500 manatdır.

Qiymət fərqi olmayan həkimlər isə normal doğuşu 1200 manata həyata keçirirlər. Qiymət paketinə ana və uşağın xəstəxanada 3 gün qalması da daxildir. İlk 3 peyvənd də paketə daxildir. Mahirə və Ramin həkim qeysəriyyə əməliyyatını 1900 manata həyata keçirirlər. Digər həkimlərdə isə bu qiymət 1600 manatdır.

“Oksigen” klinikasında təbi yolla doğuşun qiyməti 1250 manat təşkil edir. Bu klinikada qeysəriyyə yolu ilə doğuş 1450 manata başa gəlir.

Baku Medical Plazada normal doğuş ötən il 600 manat idisə, qiymət bu ildən 800 manata qaldırılıb. Qeysəriyyə əməliyyatı isə 1300-1500 manat civarındadır.

Qeyd edək ki, “Bioloji Təbabət”, “Avrasiya”, “Grand Hospital”, “Hind Klinikası”, “Modern Hospital” və “Atlas” klinikalarında doğuş əməliyyatları aparılmır.

Özək klinikalardan fərqli olaraq büdcədən maliyyələşən xəstəxanalarda doğuş qanunla pulsuzdur. Buna baxmayaraq dövlətə məxsus xəstəxanalarda da ana olmaq xərc tələb edir. Bölgələrdə doğuş qiymətləri 200-400 manat arası dəyişir. Paytaxda yerləşən dövlət xəstəxanalarında isə “həkim pulu” 400-500 manatdır. Bu yerində aslı olaraq dəyişir. Ümumilkdə dövlət balansında olan tibb ocaqlarında ana olmaq orta hesabla 700-800 manata başa gəlir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti