Dəmiryolunda yanğın-15 nəfər təxliyə olunub

Dəmiryolunda yanğın-15 nəfər təxliyə olunub
  23 May 2013    Oxunub:1360
Bu gün Nəsimi rayonunda hər mərtəbəsi 6000 kv.m olan 5 mərtəbəli “Azərbaycan Respublikası Dövlət Dəmir Yol” ASC-nin yarımzirzəmisində sahəsi 15 kv.m olan otağın içərisinə yığılmış istifadəyə yararsız rabitə avadanlıqları yanıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu gün Dövlət Dəmir Yol İdarəsinin binasında baş vermiş yanğınla bağlı məlumat yayıb. AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda hər mərtəbəsi 6000 kv.m olan 5 mərtəbəli “Azərbaycan Respublikası Dövlət Dəmir Yol” ASC-nin yarımzirzəmisində sahəsi 15 kv.m olan otağın içərisinə yığılmış istifadəyə yararsız rabitə avadanlıqları yanıb.

Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 15 nəfər işçi yanğınsöndürənlər tərəfindən xilas edilib. Bina yanğından mühafizə olunub. Yanğın saat 17:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti