Miqrasiya Məcəlləsi müzakirə olundu

Miqrasiya Məcəlləsi müzakirə olundu
  23 May 2013    Oxunub:1592
Bu gün “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi ictimai müzakirəsi keçirilib
AzVision.az xəbər verir ki, tədbirin məqsədi insan və vətəndaş hüquqlarıa və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanan miqrasiya qanunvericiliyinin qəbul olunmasına yardım etməkdən ibarətdir.

Tədbiri giriş sözü ilə açan AMM-in prezidenti Əlövsət Əliyev Azərbaycanda miqrasiya sahəsindəki münasibətləri tənzimləyən müxtəlif qanunvericilik aktlarının vahid məcəllə şəkilinə salınmasını miqrasiya idarəetmə sistemini inkişaf etdirmək baxımından çox əhəmiyyətli hal kimi qiymətləndirib. Eyni zamanda Məcəllə layihəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra dəyişikliklərin olmasını müsbət hal kimi qeyd edib.

Ə.Əliyev daha sonra qeyd edib ki, məcəllə layihəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin inteqrasiya məsələləri nəzərdə tutulmayıb, birbaşa immiqrant statusu almaq hüququ məhdudlaşdırılıb, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün 500 000 manat investisiya tələbi qoyulub, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərlə başqa ölkələrdə daimi yaşayan və Azərbaycanda müvəqqəti və ya daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri fərqləndirilməlidir, bu məcəllənin hansı normativ hüquq aktlar əsasında hazırlanması, Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununun 31-ci maddəsinin tələbləri nəzərə alınmayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvi Çingiz Qənizadə bildirib ki, sabah Milli Məclisdə üç prinsipial məsələ var ki, onları qaldıracaq. Deputat bu qanunda olan bəzi problemlərdən danışdı və sabah Milli Məclisin plenar iclasında bu məsələləri qaldıracağını bildirdi.

Tədbirdə eyni zamanda BMT QAK-ın Azərbaycan nümayəndəliyinin Hüquq Şöbəsinin rəhbəri Aleksandr Novikau, “Azərbaycan Miqrasiya Mərkəz” İctimai birliyinin hüquqşünasları Aynurə Gözəlova və Asima Nəsirli çıxış edərək Miqrasiya Məcəlləsində müsbət hallarla yanaşı bəzi boşluqlarında olduğunu dedilər. Tədbirin sonunda dəvət olunan mütəxəssislərin rəyləri və təklifləri toplanmaqla ümumiləşdirildi və layihəyə əlavə edilməsi üçün Milli Məclisin müvafiq komitəsinə və deputatlara paylanacaq.

Anar


Teqlər:





Xəbər lenti