Vətəndaşlarımız Təbrizdəki Baş Konsulluğa təhvil verilməyib

Vətəndaşlarımız Təbrizdəki Baş Konsulluğa təhvil verilməyib
  23 May 2013    Oxunub:1181
Təbrizdə saxlanmış Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

“Təəssüf ki, vətəndaşlarımız hələ də Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib. Baş Konsulluğumuz vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir”.

Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Bu həftə isə İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad ediləcəyini açıqlayıb.(apa)




Teqlər:  





Xəbər lenti