Səbuhi Yusifli “Qaynana”nı tərk etdi

  Səbuhi Yusifli “Qaynana”nı tərk etdi
  23 May 2013    Oxunub:9430
Aparıcı yeni layihə üzərində çalışır
Uzun müddət “Xəzər” televizyasında “Qaynana” serialının baş produsseri kimi çalışan aparıcı Səbuhi Yusifli artıq serialı tərk edib. Bu barədə AzVison.az -a açıqlama verən aparıcı bildirib ki, hazırda yeni layihələr haqqında götür qoy edir .

“Daha “Qaynana” serialının produsseri kimi çalışmıram. Yeni layihələr haqqında düşünürəm. Amma hələlik yaradılacaq yeni verilişlərin formatı və adını tam müəyyənləşdirməmişəm. Çalışacam ki, “Səyyah” proqramına bənzəməsin, başqa bir formada olsun”-deyə, S.Yusifli əlavə edib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti