AMEA-da yeni bölmələr yaradıldı

AMEA-da yeni bölmələr yaradıldı
  15 Aprel 2015    Oxunub:2253
Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Humanitar Elmlər Bölməsi (HEB) və İctimai Elmlər Bölməsi (İEB) yaradılıb.
AMEA-dan AzVision.az-a verilən məlumata görə, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi HEB-in tərkibinə daxil edilib, bölmənin tərkibi müəyyənləşdirilib.

AMEA Rəyasət Heyəti həmçinin İEB-in fəaliyyətinin təşkili məqsədilə bir sıra elmi tədqiqat müəssisələrinin bu bölmənin tərkibinə daxil edilməsi haqqında qərar qəbul edib. Buraya A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan Hüquqları İnstitutu, Dünya Siyasəti İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi daxildir. Rəyasət Heyətinin iclasında İEB-in üzvləri də müəyyənləşdirilib.

Hər iki bölmənin fəaliyyətinin təşkili ilə bağlı AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasını təmin etmək Humanitar və İctimai Emlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimliyə tapşırılıb. Qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə olunub. AMEA Rəyasət Heyətinin digər qərarları ilə akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrini icra edən təyin ediliblər.


Teqlər:





Xəbər lenti