1000-dən çox abituriyent imtahandan `2` aldı

1000-dən çox abituriyent imtahandan `2` aldı
  27 Aprel 2015    Oxunub:2973
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-də Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilmiş imtahanın nəticələri açıqlayıb.
AzVision.az-ın məlumatına görə,“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub

İmtahanın nəticələri aprelin 27-də TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə ( https://www.e-gov.az/az/services/read/2641/1/?tqdk_xdm=12) nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahan keçirib.

Aprelin 26-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti