Bakıda daha bir beynəlxalq forum

Bakıda daha bir beynəlxalq forum
  27 May 2013    Oxunub:1584
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çox mədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.

Forumda bir çox beynəlxalq qurumların rəhbərlər şəxsləri, o cümlədən YUNESKO-nun Baş Konfransının Prezidenti Katalin Bogyay, BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nasir Əbdüləzizəl-Naser, İSESKO-nun Baş Direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibin müavini Qismət Gözəlov, bir neçə ölkənin hazırki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.


Teqlər:  





Xəbər lenti