Əsgərimiz şəhid olub

Əsgərimiz şəhid olub
  27 May 2013    Oxunub:1445
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub.
AzVision.az xəbər verir ki, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib.

O, hospitala aparılırkən yolda dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, N. Həmidov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti