Oğlanların sayı qızlardan çoxdur - TQDK sayı açıqladı

Oğlanların sayı qızlardan çoxdur - TQDK sayı açıqladı
  04 May 2015    Oxunub:2743
“Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 87 932 nəfər sənəd verib”.
AzVision.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, abituriyentlərin 54 475 nəfəri bu ilin, 33 457 nəfəri isə əvvəlki ilin məzunlarıdır: "Bu il 38 810 qız, 41 552 oğlan sənəd verib. Azərbaycan bölməsi üzrə 25 871 nəfər, rus bölməsi üzrə isə 7 575 nəfər sənəd verib. Rus bölməsindən sənəd verənlərin 1901 nəfəri əvvəlki ilin məzunlarıdır.

Ərizə prosesində iştirak edən məzunlardan 67469 nəfər, yəni 76% abituriyent ərizəsini özü təsdiq edib, heç bir Sənəd Qəbulu Komissiyasına (SQK) yaxınlaşmayıb. Abiturenylərdən 20463 nəfər, yəni 23 faizi isə SQK vasitəsilə ərizəsini təsdiq edib.

Məleykə Abbaszadə hərbi qulluqdan möhlət almış abitureynlərdən də danışıb. Belə ki, bu il Səfərbərlik və Hərbi Xidmətə Çağırış Mərkəzində yeni elektron baza yaradalıb və cari ildə möhlət alan 765 nəfərdən 501 –i elektron formada ərizəsini təsdiqləyib: “İldən ilə bu say artacaq. Biz bu prosesi tam avtomotik həyata keçirəcəyik. Hərbi nümayəndə onları yoxlamayacaq, çünki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron saytı bizim elektron xidmətlərə inteqrasiya olunub”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti