Bakı biznes sahəsində konfrans

Bakı biznes sahəsində konfrans
  28 May 2013    Oxunub:1761
İyunun əvvəlində Bakıda «İpək Yolu və Avropa ölkələri arasında investisiya mühitinin inkişafı» mövzusunda beynəlxalq biznes konfransı keçiriləcək.

Azvision.az-ın məlumatına görə, tədbirin əsas təşkilatçısı qismində Latviyanın ən iri özəl kommersiya bankı olan «Rietumu Banka» çıxış edir.
Tədbirdə aparılacaq müzakirələr əsasən investisiyalar, biznesin idarə olunması, daşınmaz əmlak bazarı, beynəlxalq sahibkarlıq fəaliyyətinin problemləri və s. aktual məsələlər olacaq.

Qeyd edək ki, 20 ölkədən 250-dən artıq nümayəndə Bakıdakı forumda iştirak edəcəyini rəsmən təsdiqləyib.



Teqlər:





Xəbər lenti