Obamanı zəhərləmək istədilər-VIDEO

Obamanı zəhərləmək istədilər-VIDEO
  31 May 2013    Oxunub:1188
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamaya tərkibində zəhərli maddə olan zərf göndərilib.
Məlumatı "Ağ ev"-in mətbuat xidməti yayıb. Xəbərdə qeyd olunur ki, məktub "Ağ Ev" in poçt mərkəzində yoxlanarkən tərkibində zəhərli maddə olduğu aşkarlanıb. Daha ətraflı araşdırma üçün zərf xüsusi laboratoriyaya göndərilib. Məktubun mayın 20-də poçta atıldığı aydınlaşdırılıb.

Hələ ki, Obamanı zəhərləməyə çalışan şəxsin kimliyi dəqiqləşdirilməyib. Xatırladaq ki, ötən gün Nyu-York şəhərinin bələdiyyə başçısı Mixael Blumberqə də eyni tərkibli zəhərə malik olan zərf yollanmışdı.



Səbinə Həsənova
AzVision



Teqlər:  





Xəbər lenti