Milli Məclisdə dava - “Ayıb olsun sizə”

Milli Məclisdə dava - “Ayıb olsun sizə”
  31 May 2013    Oxunub:1229
Milli Məclisin bugünkü plenar iclasında "Avtomobil yolları haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi zamanı millət vəkilləri arasında gərginlik yaşanıb.
Millət vəkili Qüdrət Həsənquliyev etiraz edərək bildirib ki, 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı heç kimə söz verilməyib və müzakirələr aparılmayıb: “Lazımsız olan əlavə məsələlər barədə müzakirə aparılır. Bu, sovet dönəmindəki kimi icra olunur, qanun layihəsi danışılır, səsverməyə qoyulur.

Q.Həsənquliyevin bu fikrinə millət vəkili Ziyafət Əsgərovdan cavab gəlib : “Siz indidən 2015-ci ilin piarını aparırsınız. Qanun layihəsinin müzakirəsi zamanı heç kim danışmaq üçün qeydiyyatdan keçmədi . İndi jurnalistlər burdadır. Onların qarşısında özünüzü reklam edirsiniz. Ayıb olsun, sizə.

Millət vəkili Fazil Mustafa millət vəkilləri arasında yaranan sərt dialoqa münasibətini bildirib : “Açıq tezislə ayıb olsun sizə. Xahiş edirəm ki,deputatların tənqidinə bu qədər sərt yanaşmayın”

Spiker Oktay Əsədov da məsələyə münasibət bildirərək deyib ki, belə iradları yersiz hesab edir : “İradları yersiz hesab edirəm. Təklif etdim, kim çıxış etmək istəyirsə, buyursun, heç kəs danışmadı. Daldan atılan daş kimi sonradan çıxış etdilər. Xahiş edirəm, yersiz çıxış etməyin. Gündəlikdə olan məsələyə münasibət bildirin”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti