“Heç bir ad qanunla qadağan edilə bilməz”

“Heç bir ad qanunla qadağan edilə bilməz”
  31 May 2013    Oxunub:1376
Dilçilik İnstitutu sadəcə təkliflərini irəli sürə bilər
“Terminologiya Komissiyası kimə hansı adın verilməsini müəyyən edə bilməz. Çünki, bu, terminolgiya məsələsi deyil. Şəxs adlarında dil, mədəniyyət, hüquq məsələləri var. Şəxs adlarının verilməsi ilə dünyanın hər yerində o cümlədən, Azərbaycanda Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ )idarəsi və Ədliyyə Nazirliyi məşğul olur”.

Bu sözləri AzVision.az-a açıqlamasında millət vəkili, BDU-nun ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov şəxs adlarının seçilməsinə münasibət bildirərkən deyib.

“Ad seçimi ilə bağlı olaraq, Dilçilik İnsitutu öz təkliflərini verə bilər. Amma hansı adın qoyulub-qoyulmayacağı qadağan edilə bilməz, sadəcə tövsiyyə oluna bilər. Məsələn biz deyə bilmərik ki, Ataturk, Hitler, Bin laden adı qoyulsun, ya qoyulmasın. Bu, artıq hüquqi, mənəvi və ideoloji bir məsələdir. Türkiyədə də ad məsələsi ilə bağlı müəyyən mübahisələr var. Amma Azərbaycanda belə bir problem yoxdur, ola da bilməz. Niyə Nizami, Füzuli, Məhəmmədəmin adı qoyula bilir, amma Atatürk, Hitler adı qoyula bilməz?Burada bir siyasi mənəviyyat məsələsi var. Bu məsələdə dərhal qərar çıxartmaq, bunu qanunla həll etmək mümkün deyil. Bu, ictimai və hüquqi bir məsələdir”

Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin Terminologiya Komissiyasının nəzdində Adlar və Soyadlar Bölməsinin yaradılması, ölkədə mövcud olan adların tam siyahısını hazırlanmasaı barəsində xəbər yayılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti