Baş Prokurorluqdan bomba ilə bağlı açıqlama

Baş Prokurorluqdan bomba ilə bağlı açıqlama
  31 May 2013    Oxunub:1071
Mayın 31-də saat 04:34-də İsmayıllı rayon sakini, 1948-ci il təvəllüdlü Ənvər Adıgözəlov istifadəsində olan mobil telefonundan Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti”nə zəng edərək paytaxtın Nizami rayonundakı “Bağırov körpüsü”nə, Xətai rayonundakı “Xətai körpüsü”nə və Zabrat qəsəbəsinə gedən yoldakı “Sabunçu körpüsü”nə partlayıcı qurğuların yerləşdirilməsini və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürməsini bildirib.

Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərindən AzVision.az-a verilən xəbərə görə, həmin məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri təxirəsalınmaz tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarının əməkdaşları ilə dərhal həmin ünvanlara cəlb edilməklə əraziyə baxış keçirmiş və müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Nəticədə qeyd olunan ərazilərdə şübhəli əşya aşkar edilməyib.

Ənvər Adıgözəlov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Adıgözəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Mirvari



Teqlər:





Xəbər lenti