Polad Bülbüloğlu: “Milyarderlər ittifaqı ilə bağlı danışmaq istəmirəm”

 Polad Bülbüloğlu: “Milyarderlər ittifaqı ilə bağlı danışmaq istəmirəm”
  31 May 2013    Oxunub:1362
“Azərbaycan və Ermənistan səfirlərinin təşəbbüsü ilə bu yaxınlarda icmaların görüşü gözlənilmir”.
“Azərbaycan və Ermənistan səfirlərinin təşəbbüsü ilə bu yaxınlarda icmaların görüşü gözlənilmir”. AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O qeyd edib ki, Azərbaycan tərəfi öz təkliflərini verib, amma qarşı tərəf bunu uzadır və heç bir səbəb də buna göstərilmir.

Milyarderlər İttifaqı ilə bağlı suala isə “mən bu barədə heç bir şey fikirləşmirəm, danışmaq istəmirəm” deyə cavab verib.

Viza rejiminin tətbiq etməsi ilə bağlı səfir bildirib ki, onsuz da bizdə vətəndaşlar ölkədən kənara xarici pasportla gedib gəlir. “Bizim üçün bu barədə heç bir problem yoxdur. Viza rejiminin tətbiqi ilə bağlı rəsmi bir şey yoxdur, amma belə olarsa bu Azərbaycanda tətbiq olunacaq. Amma bu gün rəsmi səviyyədə belə bir şey yoxdur. Sadəcə olaraq bunalar söz söhbətdir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti