Müəllimlər hansı rayonlardan imtina edirlər-AÇIQLAMA

Müəllimlər hansı rayonlardan imtina edirlər-AÇIQLAMA
  31 May 2013    Oxunub:1905
Ötən il vakant yerlərə imtahan yolu ilə qəbul olunan müəllimlərdən bir neçə nəfəri həmin yerdən imtina edib.
Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsi AzVision.az saytının sorğusuna cavab olaraq məlumat veriblər. Bildiriblər ki, 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, işə qəbul olunduqdan sonra imtina olunmuş vakant yerlərdən əksəriyyəti Ağsu, İmişli, Gədəbəy, Quba, Lerik və Yardımlı rayonlarının payına düşüb.

Təhsil Nazirliyi ali təhsil müəssisələrinin Nazirlər Kabinetinin müəyyənləşdirdiyi lisenziya şərtlərinə uyğun fəaliyyət göstərməsi məsələsinə də aydınlıq gətirib. Belə ki, prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”da lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına dair ildə bir dəfə İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumatın lisenziya vermiş orqana təqdim edilməsi yolu ilə həyata keçirilir. Qeyd olunanlarla bağlı məsələlərə növbəti tədris ilindən başlayaraq baxılacaq.

Sevinc İltifatqızı




Teqlər:  





Xəbər lenti