Səfər Əbiyev eks-prezidentlə görüşüb

Səfər Əbiyev eks-prezidentlə görüşüb
  31 May 2013    Oxunub:1238
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Səfər Əbiyev qonağı bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.

Görüşdə Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Xrastiç iştirak edib.


Teqlər:





Xəbər lenti