İlham Əliyev Serbiyanın keçmiş Prezidentini qəbul edib

İlham Əliyev Serbiyanın keçmiş Prezidentini qəbul edib
  31 May 2013    Oxunub:1053
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.
Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun humanitar sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşaması, mövcud olan yüksək tolerantlığın önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

AzVision.az





Teqlər:





Xəbər lenti