Nazirlik cərimələrlə bağlı məlumat yayıb

Nazirlik cərimələrlə bağlı məlumat yayıb
  31 May 2013    Oxunub:1417
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 97 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 28 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

AzVision.az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 832, mikrobioloji göstəricilərinə görə 859, toksikoloji göstəricilərinə görə 144, radioloji göstəricilərinə görə 32 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub.

Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 10-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 3137 yaxma nümunəsi, 53 soyuq qəlyanaltı nümunəsi götürülüb, 54 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Aprel ayı ərzində əhali arasında 89 qida zəhərlənməsi hadisəsi baş verib, 108 nəfər zərərçəkən olub.

O cümlədən, 5 botulizm hadisəsi baş verib, 5 nəfər zərərçəkən olub.



Teqlər:





Xəbər lenti