Mehriban Əliyeva muğamdan yazdı

Mehriban Əliyeva muğamdan yazdı
  03 İyun 2013    Oxunub:1418
Məqalə “İRS-Heritage” jurnalında çap edilib
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin və “İRS-Heritage” jurnalının redaksiya heyətinin birgə təşəbbüsü ilə ərəb dilində nəşr edilən “İRS” jurnalının 28 May - Respublika Gününə həsr olunmuş ikinci nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə olan qayğının və diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi ərəbdilli oxucular tərəfindən xüsusi maraqla qarşılanıb.

Məqalədə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumat öz əksini tapıb.

Nəfis tərtibatda hazırlanmış jurnal ərəb dünyasını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.

Bundan əlavə, jurnalda Firdovsiyyə Əhmədovanın Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Sübhi Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, Aydın Balayevin Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ölkəmizin siyasi-iqtisadi inkişaf modeli, eləcə də qədim məscidlərimiz, təbiət abidələrimiz, Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycanda numizmatika mədəniyyəti haqqında məqalələr dərc edilib.

Bütün ərəb dünyasında yayılacaq jurnalın mütəmadi əsasda nəşr edilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti