“Elektromaqnit şüaları nəzarət altındadır”

“Elektromaqnit şüaları nəzarət altındadır”
  03 İyun 2013    Oxunub:1854
“İnsanların narazılığı bizim elektron xidmətə keçməyimizlə bağlıdır”
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Onun sözlərinə görə, nazirliyin fəaliyyəti əsasən kənd yerləri ilə bağlı olduğu üçün əhali o qədər də razı deyil. “Elektron metoda keçdikdən sonra mənə şikayətlər daxil olmağa başladı. Onların şikayəti bu idi ki, müraciətləri ənənəvi metodlarla qəbul edək. İnsanlar elektron mediadan istifadə edə bilmirlər və bundan şikayətlənirlər”-deyə, nazir qeyd edib.

Nazir elektromaqnit şüalarının nəzarətdə olduğunu da deyib. Onun sözlərinə görə, elektormaqnit şüalanma nəzarət altındadır. “Nadir hallarda şüalanma normanı keçmis olur. O zamanda tədbirlər görülür. 99 faiz həmin stansiyaların insan orqanizminə və təbiətə vurduğu təsir normanı keçmir”-deyə, H.Bağırov əlavə edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti