Kəmaləddin Heydərov salyanlılarla görüşüb

Kəmaləddin Heydərov salyanlılarla görüşüb
  14 İyun 2013    Oxunub:1623
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Salyan şəhərində vətəndaşları qəbul edib.
Nazirliyin rəsmi saytında yer alan məlumata görə, bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin Salyan şəhərində yerləşən inzibati binasında Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinlərinin qəbulunu keçirib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 65 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.Bundan başqa, kadr məsələləri ilə bağlı 140, digər məsələlərlə bağlı müraciət etmiş 200-ə qədər vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti