Avropa Parlamentinin adından yalan – FAKT

Avropa Parlamentinin adından yalan – FAKT
  15 İyun 2013    Oxunub:1522
Müxalifət mediası bu qurumun qərarını təhrif edib
Müxalifət mediası Avropa Parlamentinin REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müşaviri Tofiq Yaqublu ilə bağlı qəbul etdiyi qərara özlərinə sərf edən tərzdə “əl gəzdirib”. Hesab ediblər ki, Avroparlamentin qərarında çatışmazlıq var və ora əlavələr ediblər.

«Yeni Musavat»qəzetində və onun saytında Avropa Parlamentinin qəbul etdiyi qətnamənin əsas müddəaları belə göstərilir:

“1) Həbs olunan bütün jurnalistlər, siyasətçilər, bloqqerlər və gənclər sırf siyasi motivlərlə məhkum olunduğu üçün hər biri dərhal azad olunsun
2) İsmayıllıda baş verən hadisələrdə haqsız şəkildə təqsirli bilinən İlqar Məmmədov və Tofiq Yaqublu barədə cinayət işinə siyasi motiv səbəbilə dərhal xitam verilsin və onlar dərhal azad edilsin...”


İndi isə qərarın orijinalına baxaq. İstəyənlər onu ingilis dilində buradan oxuya bilərlər. Orada yazılıb:

“2. Strongly condemns the detention of Mr Mammadov, calls for his immediate and unconditional release and an end to his prosecution, and urges the Azerbaijani authorities to investigate the charges against him in a speedy, fair, transparent and independent manner;”

Göründüyü kimi, burada əvvəla, Tofiq Yaqublunun adı yoxdur. İkincisi isə, İsmayıllı hadisələrinin haqqında heç nə çəkilmir. Belə məlum olur ki, müxalifət mediası Avropa Parlamentinin qərarını təhrif edib və öz maraqlarına uyğun şəkildə dəyişib. Həm də ciddi şəkildə: ora başqa bir şəxsin adını əlavə edib və özündən səbəb artırıb.

Bunun texniki səhv olduğu inandırıcı deyil. Həmin qəzetin yazarlarının Avropa Parlamenti ilə Müsavat Divanını səhv salmaları da ağla batmır. Yeganə variant budur ki, sadəcə olaraq, müxalif media Avropa strukturlarının adından manipulyasiya edərək, cəmiyyəti aldatmaqda davam edir. Həmişə olduğu kimi.

Tariyel Həsənov


Teqlər:





Xəbər lenti