Gənclər Prezidenti dəstəklədi

Gənclər Prezidenti dəstəklədi
  15 İyun 2013    Oxunub:1224
Bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının illik hesabat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.

Bəyanatda Azərbaycan gənclərinin tam əksəriyyətinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnun olduqları, bu məmnunluğun səbəbinin həyata keçirilən siyasətin ümummilli lider Heydər Əliyevin siyasi kurusunun davamı olması, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etməsi, Azərbaycanın dünyada və regionda söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan vətəndaşlarının sosial rifahını yüksəltməsi, Azərbaycan gəncliyinin və ölkəmizin uğurlu gələcəyini təmin etməsi göstərilir.

Bunu nəzərə alaraq ARGTMŞ-a üzv olan 100 minlərlə gənci təmsil edən 100-dən artıq gənclər təşkilatı Azərbaycan istiqlaliyyatının, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi naminə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək, ölkəmizdə 2013-cü ildə keçiriləcək prezident seçkilərində yüksək qürur hissi ilə Prezident İlham Əliyevi gənclərin namizədi olaraq, qələbəyə layiq ən real və uğurlu namizəd kimi bəyan edir.
Tədbirdə hökumət və dövlət rəsmiləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri, ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti