Maye qaz doldurma stansiyası partladı

Maye qaz doldurma stansiyası partladı
  15 İyun 2013    Oxunub:2035
Saatlı şəhərində maye qaz yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

AzVision.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində şəhərin Mirağa Əliyev küçəsində yerləşən, Saatlı sakini Oruc Həsənova məxsus “Alov 10” maye qaz yanacaqdoldurma məntəqəsinin ərazisində təmir işləri zamanı maye qazla doldurulmuş çəndə partlayış baş verib.

Əvvəlcə alovla müşayiət olunan yanğının ardınca güclü partlayış baş verib. Partlayışın radiusu yüz metr diametrə qədər ərazini əhatə edib. Nəticədə yanacaqdoldurma məntəqəsi ilə yanaşı, yaxınlıqda olan Lütfiyar Məmmədova məxsus 2 mərtəbəli ev yanıb. Ətrafda yerləşən digər evlərdə çatlar əmələ gəlib, pəncərələrin şüşələri sınıb. İki nəfər partlayışın zərbə dalğasından yüngül yanıq xəsarəti alıb, “VAZ-2107” və “Mercedes” markalı avtomobillər yanaraq sıradan çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Saatlı və Sabirabad rayon Yanğından Mühafizə hissələrinin 6 yanğınsöndürən maşını cəlb edilib, yanğın lokallaşdırılıb. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti