Elman Türkoğlu oğlunun intiharından danışıb

Elman Türkoğlu oğlunun intiharından danışıb
  18 İyun 2013    Oxunub:5035
“Nə oldusa, 20 dəqiqənin içində oldu”.
Bunu APA-ya açıqlamasında KXCP üzvü Elman Türkoğlu oğlu Məhəmmədəmin Həsənlinin intiharı barədə danışarkən deyib.

E. Türkoğlu qeyd edib ki, oğlu intihar etməzdən əvvəl buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün ondan bir manat istəyib: “İşdən evə gəldim, birlikdə çörək yedik. Bir qədər sonra internet klubda buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün məndən 1 manat istədi. Məndən pulu aldı. 20 dəqiqədən sonra isə uşaq asılı vəziyyətdə tapıldı. Nə olubsa, 20 dəqiqənin içində olub. Onu təxminən saat 1-ə 20 dəqiqə qalmış asılı vəziyyətdə görüblər. Məhəmmədəmin özünü ayaqyolunda asmışdı”.

E. Türkoğlu onu da bildirib ki, oğlu intihar etməzdən əvvəl bu barədə heç kimə heç nə deməyib, üstündə heç bir kağız olmayıb.

***
saat 09.55

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

1996-cı il təvəllüdlü Həsənli Məhəmmədəmin Elman oğlu yaşadığı yataqxanada özünü asaraq intihar edib.

İntiharın baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M. Həsənli KXCP üzvü, bayraqdar Elman Türkoğlunun oğludur.

Yasamal Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, 1996-cı il təvəllüdlü Məhəmmədin Elman oğlu Həsənli yaşadığı Texniki Universitetin yataqxanasının ayaqyolunda özünü asaraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, iki ay əvvəl M. Həsənlinin bibisi oğlu intihar edib. Mərhum bir neçə dəfə atasına intihar edəcəyini deyib.


AzVision.az


Teqlər:  





Xəbər lenti