“Növbəti tədris ili üçün bütün işlər bitəcək”

“Növbəti tədris ili üçün bütün işlər bitəcək”
  18 İyun 2013    Oxunub:1271
“İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsi üzərində işlər gedir”.
“Universitetin tikintisinin harada olacağına da baxılır”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, hazırda universitetin nizamnaməsi üzərində işlər gedir:

“İnformasiya Texnologiyaları Universitetinin tikintisi üzərində işlər aparılır. Universitetin nizamnaməsi üzərində də iş gedir. Bundan irəli gələrək təşkilatı məsələlərə baxılır. Qəbul planı, tədris və digər məsələlər də həll edilir. Yəni universitetlə bağlı işlər gedir. Növbəti tədris ili üçün bütün işlər bitəcək. Universitetin harada tikiləcəyinə də baxılır”.


Xatırladaq ki, Prezidentin sərəncamına uyğun olaraq İnformasiya Texnologiyaları Universiteti yaradılıb, Nazirlər Kabinetinə bu universitetin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.
Sərəncamda Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etmək və bu Sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Sərəncamın imzalanmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etməkdir.

Anar Kəlbiyev




Teqlər:  





Xəbər lenti