Ev alacaq jurnalistlərin sayı açıqlandı

 Ev alacaq jurnalistlərin sayı açıqlandı
  18 İyun 2013    Oxunub:1880
"Jurnalistlər üçün tikilən binadan ev almaq istəyən media nümayəndələrinin siyahısı Prezident Administrasiyasına göndərilməsi məqsədilə hazırlanır”.
Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib ki, hazırda namizədlərin sənədlərinə baxılır: "Sənədləri nəzərdən keçiririk. Ola bilər ki, kiminsə sənədində çatışmazlıq olsun. Hazırlıq başa çatan kimi, siyahı sənədlərlə birgə Prezident Administrasiyasına göndəriləcək. Siyahıda 220-dən çox jurnalistin adı var. Redaksiyalardan 150 namizədin adı verilib. 70 nəfər isə fərdi müraciət edib".

Ə. Amaşov siyahıda göstərilən namizədlərin kriteriyalara uyğun gəlib-gəlmədiyinin MŞ tərəfindən araşdırılmadığını da bildirdi: "MŞ-ya təqdim edilən siyahıdakı jurnalistlər redaksiyaların kollektiv olaraq gəldiyi qənaətdir. Onların hansının evi olduğunu, hansının evinin olmadığını redaksiyalarda daha yaxşı bilirlər. Amma qeyd edim ki, ölkə prezidentinin sərəncamında da təkcə evsiz jurnalistlər yox, mənzil şəraiti yaxşı olmayanlar da nəzərdə tutulub”.

Qeyd edək ki, iyunun 15-də jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciətçilərdən sənəd qəbulu başa çatıb. Ümumilikdə MŞ üzvü olan 27 gündəlik, 35 həftəlik-aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti