`BMT TŞ Qarabağla bağlı səylərini artırmalıdır`

`BMT TŞ Qarabağla bağlı səylərini artırmalıdır`
  19 İyun 2013    Oxunub:1155
BMT Baş Məclisinin nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olub.
İqtisadi İnkişaf Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 67-ci sessiyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iqtisadi inkişaf naziri Şahin Mustafayev qonaqlara Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verib.

Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf, əlverişli biznes və investisiya mühitinin mövcudluğu xüsusilə vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısıdır.Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir.

Bununla belə, regionun potensialının tam reallaşdırılmasına ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. BMT problemin tezliklə beynəlxalq hüquq normalarına uyğun həlli, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası üçün səylərini artırmalıdır.

AzVision.az
Baş Məclisin 67-ci sessiyasının prezidenti Vuk Yeremiç ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı rolunu yüksək qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti