Dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilib

Dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilib
  20 İyun 2013    Oxunub:1717
“Dövlət qulluqçularınının gələcəkdə inkişafına xidmət edən institut olacaq”.
“Bu ildən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlamaq istəyirik. Gələcəkdə dövlət qulluqçularınının inkişafına xidmət edən bir institut olacaq”.

Azvision.az xəbər verir ki, bu sözləri Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydaları tamamladıqlarını bildirib.

“Bütün dövlət orqanlarını, beynəlxalq ekspertləri bura cəlb etmişik, onların bütün təkliflərini və rəylərini qəbul etmişik. Hal-hazırda onların emalı gedir. Biz hesab edirik ki, bir-iki aya o qaydaları təsdiq edəcəyik və o qaydalarda bu prosedurun kim tərəfindən, hansı meyarlar üzrə aparılacağı və s. qeyd edilib.

Artıq biz dövlət orqanlarının nümayəndələri üçün bir çox təlimlər keçmişik ki, gələcəkdə həmin qaydaların tətbiqinə başlayanda böyük problemlə qarşılaşmayaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti