Ordumuzun itkiləri -STATİSTİKA

Ordumuzun itkiləri -STATİSTİKA
  20 İyun 2013    Oxunub:1372
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 49 nəfər təşkil edib.
Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 61 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinlinin sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 41-ı isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

6 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, elektrik cərəyanı, yanma), 9 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 5 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 5 nəfər xəstəlikdən dünyasını dəyişib. 10 nəfər intihar edib.
Dünyasını dəyişənlərin 39-u Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (61 nəfər) C.Sümərinli bildirib ki, onların 10-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 4-ü intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 32-i isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıblar. 38 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti