Sabah çətir götürməyi unutmayın

 Sabah çətir götürməyi unutmayın
  20 İyun 2013    Oxunub:1498
21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısından mülayimləşəcək. Havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda iyunun 21-də şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Hava şəraitinin iyunun 22-də gündüzdən başlayaraq mülayimləşəcəyi gözlənilir. Son günlər respublikada müşayiət olunan hava şəraiti atmosfer təzyiqi sahəsinin dəyişməsi ilə əlaqədardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti