Məcburi köçkünlər üçün 78 qəsəbə tikilib

Məcburi köçkünlər üçün 78 qəsəbə tikilib
  20 İyun 2013    Oxunub:1310
“Bütün görülən işlərin və sərf olunan vəsaitlərin 81 faizi son 10 ilin payına düşür”.
“Bu günədək ölkəmizdə 78 qəsəbə tikilib və 31 min ailə, 150 min nəfərə yaxın qaçqın və məcburi köçkün həmin qəsəbələrə köçürülüb”. AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Komitə sədri bildirib ki, bütün görülən işlərin və sərf olunan vəsaitlərin 81 faizi son 10 ilin payına düşür.

“Yəni bu illər cənab prezident İlham Əliyevin prezidentlik fəaliyyəti dövrünə düşür. Təbii ki, bizim əsas məqsədimiz bu problemin həllidir. Problemin həlli isə sırf Ermənistan tərəfindən asılıdır. Belə ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu problem uzanır”-deyə Qaçqınkomun sədri vurğulayıb.

Anar



Teqlər:  





Xəbər lenti