“Neftqaztikinti” Trestinin maşinisti həlak olub

“Neftqaztikinti” Trestinin maşinisti həlak olub
  21 İyun 2013    Oxunub:1457
Əliyev İltifat Kamal oğlu özünün idarə etdiyi TQ-124 markalı borudüzən mexanizmin altında qalıb.
ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün saat 14.40 radələrində “Neftqaztikinti” Trestinin Xüsusi Texnika İdarəsində 1998-ci ildən borudüzən maşinist işləyən 1966-cı il təvəllüdlü Əliyev İltifat Kamal oğlu özünün idarə etdiyi TQ-124 markalı borudüzən mexanizmin altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti