Ər arvadını qətlə yetirib

Ər arvadını qətlə yetirib
  21 İyun 2013    Oxunub:1215
Sabirabadda qətl hadisəsi törədilib.
Sabirabad rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, rayon sakini Əliyev Qismət Əlibala oğlu həyat yoldaşı 55 yaşlı Səfərova Sevil Vəli qızına bıçaqla xəsarətlər yetirib.

S.Sevil aldığı yarılmış-kəsilmiş xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Mirvari




Teqlər:  





Xəbər lenti