“ İki milyard insanın içməli suya çıxışı təmin edilib”

“ İki milyard insanın içməli suya çıxışı təmin edilib”
  21 İyun 2013    Oxunub:1189
“Azərbaycan 2020-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 ölkəyə qoşulub”
“Son 10 ildə Azərbaycan öz dinamik inkişafı ilə gələcəyi qabaqlayıb”. AzVision.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün davamlı inkişaf məqsədləri üzrə milli məsləhətləşmələrin nəticələrinin tətbiqi üzrə konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda davamlı iqtisadi inkişaf üçün şərait və strategiya var, məhz bunun nəticəsində yoxsulluğun azaldılması vaxtından əvvəl təmin edilib.

“Minilliyin İnkişafı məqsədləri bizim beynəlxalq əlaqələrimizin inkişafına böyük təsir göstərir. Bu proqram çərçivəsində dünyada yoxsulluğun, aclığın, ölüm hallarının azaldılması, uşaqların ibtidai təhsilə cəlb olunması kimi mühüm məqsədləri qoyulmuşdur. Bu məqsədlərin çoxuna da demək olar ki, nail olunub.

İnsanların içməli suya çıxışına gəlincə, artıq iki milyard insanın içməli suya çıxışı təmin edilib.

O qeyd edib ki, Azərbaycan 2020-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 ölkəyə qoşulub.

Son 3 ayda Azərbaycan xalqının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyən etmək üçün 2400-dən artıq insanla 237 görüş keçirilib, onların 2020-ci ildən sonrakı inkişafı necə görmələri barədə fikirləri və təklifləri dinlənilib”

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti